Yolka almağa tələsin, qiymətlər qalxacaq! - Reportaj (FOTOLAR)

Yolka almağa tələsin, qiymətlər qalxacaq! - Reportaj (FOTOLAR)
  08 Dekabr 2017    Oxunub:22427
2018-ci ilin gəlişinə artıq sayılı günlər qalıb. Bütün dünyada olduğu kimi paytaxt Bakıda da insanlar Yeni ilin gəlişini səbirsizliklə gözləyir, bayrama hazırlıq işləri görürlər. Bu münasibətlə şəhərin müxtəlif yerlərində bayram yarmarkaları təşkil olunub.
Paytaxt sakinləri bayramın əsas atributları sayılan yeni il yolkaları (şam ağacları), Şaxta baba, Qar qız fiqurları, müxtəlif oyunacaqları, bəzək əşyaları almaq üçün yarmarkalara üz tuturlar.

AzVision.az-ın əməkdaşı yarmarkalarda satılan yolkaların qiymətləri ilə maraqlanıb.

Satıcılar deyiblər ki, yarmarkada ən ucuz yolka 6 manatadır. Ən bahalı dekorativ şam ağacları isə 250-300 manata satılır.



Bayram yolkalarının gözəl görünməsi üçün istifadə olunan bəzəklərin qiymətləri isə müxtəlifdir. Ötən illə müqayisədə qiymətlərdə bir qədər artım müşahidə olunur. Buna baxmayaraq, yarmarkalarda alıcı bolluğu hiss olunurdu.



Satıcılar, hətta alıcılara xəbərdarlıq ediblər. Bildiriblər ki, yolka almaq istəyirsinizsə tələsin, çünki yaxın günlərdə qiymətlər qalxacaq.

“Hazırki qiymətlər münasibdir və müştərilərin ciblərinə uyğundur. Növbəti günlərdə qiymətlər qalxacaq, amma yenə çalışacağıq ki, qiymətlər insanların cibinə uyğun olsun və hər kəs övladlarını sevindirə bilsin. Kimin pulu varsa, gəlib ehtiyacı olan şeyləri alacaq, yoxdursa, onsuz da yarmarkaya üz tutmayacaq”.

Həmsöhbət olduğumuz alıcıların əksəriyyəti qiymətlərdən narazı olduqlarını söyləyiblər.

Yeni il yarmarkalarındakı qiymətlər:



Yolkalar: 6-300 manat
Şaxta baba oyuncaqları: 10-70 manat
Yeni il şarları: 10 qəpik-1 manat
Çılçıraqlar: 3- 15 manat
Suvenirlər: 3-35 manat


Qeyd edək ki, 2018-ci il it ili olduğu üçün yarmarkada daha çox it fiqurları, oyuncaqlar alıcıların marağına səbəb olur.













Akqabay Mıradov
AzVision.az


Teqlər: Yeni-il   Bayram   Yarmarka  





Xəbər lenti