Sudan Qarabağ məsələsində Azərbaycanı dəstəkləyir

Sudan Qarabağ məsələsində Azərbaycanı dəstəkləyir
  08 Dekabr 2017    Oxunub:1437
Sudan Respublikasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Abbas Mustafa Əhməd Abdallay ölkəsinin Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyini açıqlayıb.
AzVision.az-ın məlumatına görə, bu gün Azərbaycan Prezidenti İlham Əliyevə etimadnaməsini təqdim edər səfir qeyd edib ki, bu məsələ ilə bağlı Sudanın mövqeyi dəyişməzdir və dəyişməz olaraq qalacaqdır.

“Azərbaycanın işğal altındakı bütün torpaqları azad olunmalı və ərazi bütövlüyü bərpa edilməlidir”, – deyə səfir vurğulayıb.

AzVision.az


Teqlər: Sudan   Qarabağ  





Xəbər lenti