Həbsxanaya alkoqollu içki keçirmək istədilər

Həbsxanaya alkoqollu içki keçirmək istədilər
  24 Sentyabr 2013    Oxunub:948
Penitensiar Xidmətin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.
Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, 23.09.2013-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında 1961-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Bayram Oruc oğlu Paşayevə vətəndaş Şahniyar Xamməd qızı Məmmədovanın gətirdiyi sovqata baxış keçirilərkən bir ədəd 0,5 litr həcmdə "Slavyanka" etiketli plastik qabda tündlüyü 10,5 faiz olan alkoqollu içki aşkar olunaraq götürülüb.

Fakt üzrə araşdırma aparılır.


Teqlər:





Xəbər lenti