Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziyaların verilməsi üçün cari il dekabrın 11, 13, 14 və 15-də sığorta şirkətlərində rəhbər vəzifəyə təyinatları nəzərdə tutulan şəxslər və sığorta agentləri üçün attestasiya keçirəcək.
MBNP-nin mətbuat xidmətindən
AzVision.az-a verilən məlumata görə, "Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi" Qaydalarının 4.1-ci bəndi ilə tənzimlənən attestasiyada 9 nəfər rəhbər şəxsin və 23 nəfər sığorta agentinin iştirakı planlaşdırılır.
Attestasiyada iştirak etmək üçün iştirakçılar şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.
Attestasiyada iştirak edənlərin siyahısı əlavə olunur.
AzVision.az