İki qardaş öldü-Bakıda atışma

İki qardaş öldü-Bakıda atışma
  03 Mart 2013    Oxunub:1802
Bakının Türkan qəsəbəsində silahlı insident baş verib.
Hadisə nəticəsində üç qardaş güllələnib. Xəzər Rayon Polis İdarəsindən verilən məlumata görə, Türkan qəsəbə sakini, 31 yaşlı Cabbar İbrahimov ov tüfəngi ilə qonşuları 1968-ci il təvəllüdlü Elman Zeynalov, onun qardaşları, 1970-ci il təvəllüdlü Taleh Zeynalovu və 1972-ci il təvəllüdlü Bəhruz Zeynalovu güllələyib.

Elman və Taleh Zeynalovlar aldıqları güllə yarasından ölüblər, B. Zeynalov isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. APA bildirir ki, hadisəni törədən C. İbrahimov polis tərəfindən saxlanılıb. İnsidentə qonşular arasındakı torpaq mübahisəsi səbəb olub.

Baş vermiş hadisə ilə bağlı Xəzər Rayon Prokurorluğunda qəsdən adam öldürmə maddəsiylə cinayət işi başlanılıb.


Teqlər:





Xəbər lenti