Moskvada erməni deputatları saymırlar - İrəvan narazıdır

Moskvada erməni deputatları saymırlar - İrəvan narazıdır
  08 Dekabr 2017    Oxunub:2747
Moskvada hava limanında Ermənistan deputatlarının sıravi sərnişinlər kimi yoxlanılması, saatlarla növbədə saxlanılması gərginliyə səbəb olub.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Rusiyada erməni deputatlara münasibət İrəvanda narazılıq yaradıb. “Yelk” fraksiyasının nümayəndəsi Sasun Mikayelyan bildirib ki, Moskva aeroportunda erməni deputatlarla bağlı qalmaqala cavabdeh şəxs Edvard Nalbandyandır.
Onun sözlərinə görə, əvvəllər də erməni deputatlar Moskvada hava limanında axtarış və yoxlamalara məruz qalıblar, amma hansısa səbəbdən bu barədə susmağa üstünlük verilib.

Erməni spiker Ara Babloyan və digər 104 deputatın diplomatik pasportu var. Yəni hava limanı əməkdaşlarının onlara qarşı sadə vətəndaşlara tətbiq edilən kimi davranmağa ixtiyarı yoxdur.

"Xaricdə erməni diplomatik pasportlarına bu cür münasibət bəslənirsə, bunu görməzdən gəlmək olmaz. Ermənistan cəmiyyəti diplomatik pasportlara qarşı edilən hörmətsizlikdən xəbərdar olmalıdır, bu hörmətsizliyə səbəb, son vaxtlar diplomatik pasportların kimə gəldi yerli-yersiz verilməsidir"- deyə bildirilib.

Ermənistan XİN-nin müavini Şavarş Köçəryan baş verənlərin qəbuledilməz olduğunu deyib.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Ermənistan   Moskva   Rusiya   Deputat  





Xəbər lenti