Avro-2020: Bakıda “A” qrupunun oyunları keçiriləcək

Avro-2020: Bakıda “A” qrupunun oyunları keçiriləcək
  08 Dekabr 2017    Oxunub:2201
2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının final mərhələsi çərçivəsində Bakı İtaliyanın paytaxtı Roma ilə birgə “A” qrupunun oyunlarını qəbul edəcək.
AFFA-dan AzVision.az-a verilən məlumata görə, bu haqda qərar UEFA-nın İcraiyyə Komitəsinin İsveçrənin Nyon şəhərində keçirilmiş iclasında qəbul edilib. Avropa çempionatının açılış oyunu Roma şəhərindəki Olimpiya stadionunda keçiriləcək.

Qeyd edək ki, ölkəsində final mərhələsinin oyunları təşkil ediləcək milli komanda bu mərhələyə vəsiqə qazanacağı təqdirdə, ən azı 2 qrup oyununu doğma meydanda keçirəcək.

Qrup oyunlarının şəhərlər üzrə bölgüsü aşağıdakı kimidir:

“A” qrupu: Roma (İtaliya) və Bakı (Azərbaycan)

“B” qrupu: Sankt-Peterburq (Rusiya) və Kopenhagen (Danimarka)

“C” qrupu: Amsterdam (Niderland) və Buxarest (Rumıniya)

“D” qrupu: London (İngiltərə) və Qlazqo (Şotlandiya)

“E” qrupu: Bilbao (İspaniya) və Dublin (İrlandiya)

“F” qrupu: Münxen (Almaniya) və Budapeşt (Macarıstan)

Qrup oyunlarından başqa Bakı Olimpiya Stadionunda 1/4 final mərhələsinin 1 görüşü də keçiriləcək.

AzVision.az


Teqlər: AFFA  





Xəbər lenti