Qüdsdə “qanlı cümə” - 2 ölü, 760 yaralı (Yenilənib)

Qüdsdə “qanlı cümə” - 2 ölü, 760 yaralı (Yenilənib)
  09 Dekabr 2017    Oxunub:3524
Bu gün İordan çayının qərb sahilində baş verən toqquşmalar nəticəsində 2 nəfər ölüb, 760 nəfər xəsarət alıb.
Bu barədə "RİA Novosti" agentliyinə yerli tibb xidmətinin nümayəndələri bildirib.

“Bu gün iğtişaşlarda iki fələstinli ölüb, daha üçü ağır vəziyyətdədir”, - deyə Fələstin Səhiyyə nazirliyinin nümayəndəsi Əşrəf əl-Kidra bildirib.

Qızıl Aypara Cəmiyyətindən verilən məlumatda isə bildirilib ki, gün ərzində 760-dən çox fələstinli yaralanıb, onlardan 60-ı güllə yarası alıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın Qüdsü paytaxt kimi tanımasından sonra “Həmas” hərəkatı 8 dekabrı İsrailə qarşı “Qəzəb Cüməsi” elan edib.

***
(17:40)

Fələstində Qüdsün, İordan çayının qərb sahilinin və Qəzza zolağında cümə namazından sonra keçirilən etiraz aksiyasına hərbçilərin müdaxiləsi nəticəsində 233 nəfər yaralanıb.

AzVision.az "RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Fələstin həkimləri bildiriblər.

“İordan çayının qərb sahili və Qüdsdə 217 nəfər, Qəzza zolağında isə 16 nəfər yaralanıb”, - deyə Qızıl Ayparanın mətbuat katibi İrab əl-Fukaxa bildirib.

İsrail hərbçiləri isə ümumilikdə keçirilən etiraz aksiyalarında 3 minə yaxın adamın iştirak etdiyini bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: İsrail   Fələstin   Qüds  





Xəbər lenti