Sarkisyan müttəfiqlərdən narazıdır

Sarkisyan müttəfiqlərdən narazıdır
  24 Sentyabr 2013    Oxunub:1230
Sarkisyan KTMT-nin bəzi üzvlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bəyanatlarından narazıdır
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) bəzi üzv dövlətlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təşkilatın qərarlarına uyğun olmayan bəyanatlar verməsini düzgün hesab etmir.

Bunu Serj Sarkisyan bazar günü Soçidə keçirilən KTMT Şurasının iclasında bəyan edib.

Onun sözlərinə görə, təbii ki, bir çox ölkələrin Azərbaycanla bağlı öz maraqları var:
"Lakin biz sənədlərin qəbulu zamanı KTMT-nin üzv dövlətlərinin maraqlarının və təşkilatın imicinin əleyhinə olan bəyanatlarla razılaşa bilmərik".(trend)


Teqlər:  





Xəbər lenti