Tramp fövqəladə vəziyyət elan edib

Tramp fövqəladə vəziyyət elan edib
  09 Dekabr 2017    Oxunub:2265
ABŞ prezidenti Donald Tramp meşə yanğınları ilə əlaqədar Kaliforniya ştatında fövqəladə vəziyyət rejimi elan edib.
AzVision.az xəbər verir ki, bu barədə Ağ ev məlumat yayıb.

Qeyd edək ki, ABŞ-ın Kaliforniya ştatının cənubunda meşə yanğınları tüğyan edir. Yanğınlar nəticəsində azı 2 nəfər həlak olub.

Yanğınların əhatə etdiyi rayonların sayı 6-ya, ümumi sahəsi 57 min hektara çatıb. Azı 500 evin yandığı, fəlakət zonasından 190 minə yaxın insanın təxliyə olunduğu bildirilir.

AzVision.az


Teqlər: ABŞ   Tramp  





Xəbər lenti