Bu kəndlərin də qazı oldu

  23 Sentyabr 2013    Oxunub : 561
Bu kəndlərin də qazı oldu
Bu gün Lənkəran rayonunun Yuxarı Nüvədi, Mikolan və Viyən kəndlərinə təbii qazın verilişinin bərpa olunması münasibətilə tədbir keçirilib.

AzVision.az ARDNŞ-nin rəsmi saytına istinadən xəbər verir ki, tədbirdə "Azəriqaz" İstehsalat Birliyinin və rayon rəhbərliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, ümumilikdə 820 abonenti olan kəndlərin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 46,1 kilometr uzunluğunda polad və 50,5 kilometr uzunluğunda polietilen borularla daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilib, 820 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Teqlər: