"Qarabağ" liderliyini möhkəmkəndirdi

"Qarabağ" liderliyini möhkəmkəndirdi
  09 Dekabr 2017    Oxunub:1501
Futbol üzrə Azərbaycan Premyer Liqasında IV turdan təxirə salınmış bir oyun keçirilib.
"Bayıl Arena”da debütant "Səbail” lider "Qarabağ”ı qəbul edib. Oyun "Qarabağ”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Ağdam klubunun heyətində 57-ci dəqiqədə Pedro Enrike, 69-cu dəqiqədə isə penaltidən Dani Kintana fərqlənib. Bu qələbədən sonra xalını 37-ə çatdıran "Qarabağ" zirvədəki yerini bir qədər də möhkəmləndirib. "Səbail" isə 13 xalla 6-cı pillədədir.

Qeyd edək Azərbaycan Premyer Liqasında növbəti - XV turun oyunları 2018-ci il 10 - 11 fevralda keçiriləcək.

AzVision.az


Teqlər: QarabağFK  





Xəbər lenti