Çaylarda suyun səviyyəsi artıb

Çaylarda suyun səviyyəsi artıb
  24 Sentyabr 2013    Oxunub:1474
Ekologiya və Təbii Sərvətlər Nazirliyi çayların sululuğu ilə bağlı apardığı araşdırmanın nəticələrini açıqlayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, araşdırmanın nəticələrinə əsasən, sentyabrın 22-si gün ərzində, 23-ü səhərədək yağan yağışın bəzi yerlərdə leysan xarakterli intensiv olması nəticəsində Lənkərançay-Lənkəranda suyun səviyyəsində 72, Lənkərançay-Sifidorda 48, Vəşərüçay-Daştatükdə isə 58 santimetr artım qeydə alınıb.

Sentyabrın 23-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Ötən gün ərzində Balakən-Şəki bölgəsinə yağan yağış nəticəsində Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsi 15 santimetr artmışdır.

Kür çayının aşağı axınında da suyun səviyyəsinin əsasən artdığı müəyyən edilmişdir.

Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 327, Şirvanda 180, Salyanda 145, Bankədə 221, Araz çayının Novruzlu məntəqəsində isə 49 santimetrdir.


Teqlər:  





Xəbər lenti