Lavrov Vyanada Nalbandyanla zarafatlaşıb - FOTO

Lavrov Vyanada Nalbandyanla zarafatlaşıb - FOTO
  09 Dekabr 2017    Oxunub:7588
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən gün Vyanada erməni həmkarı Edvard Nalbandyanla görüşə zarafatlaşaraq başlayıb.

AzVision.az “Rİa Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova bildirib.
“Naringilər Abxaziyadandır”, - deyə Lavrov Nalbandyanla zarafatlaşıb” - Zaxarova sosial şəbəkədəki hesabında yazıb.

XİN rəsmisinin paylaşdığı fotodan aydın görünür ki, masanın üzərinə sitrus meyvələri qoyulub.

Qeyd edək ki, Rusiya və Ermənistan XİN rəhbərləri Vyanada keçirilən ATƏT Nazirlər Şurasının 24-cü iclası çərçivəsində görüş keçiriblər. Görüş zamanı Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparılıb.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Zaxarova   Rusiya   Lavrov   Nalbandyan  





Xəbər lenti