Nazirlik məktəblərdə bilet satışına aydınlıq gətirdi

Nazirlik məktəblərdə bilet satışına aydınlıq gətirdi
  24 Sentyabr 2013    Oxunub:816
“Məktəblərdə teatrlara bilet satışı ilə əlaqədar Təhsil Nazirliyinə hər hansı mədəniyyət müəssisəsindən müraciət daxil olmayıb”.
Bunu apa-nın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildiriblər.

Nazirlikdən verilən məlumata görə, ənənəvi olaraq Azərbaycan mədəniyyət nümayəndələrinin etik davranış tərzləri hər zaman cəmiyyətdə bir örnək kimi qəbul olunub: “Bu baxımdan Təhsil Nazirliyi nazir haqqında səslənən, heç bir fakta və reallığa əsaslanmayan hər hansı bir fərdi rəyin şərhini məqbul saymır. Təhsil Nazirliyi şagirdlərin asudə vaxtının düzgün təşkil olunmasına xüsusi əhəmiyyət verir. Nazirlik şagirdlərin bədii-estetik zövqünün, yaradıcı təfəkkürünün formalaşdırılması və onların hərtərəfli inkişafı üçün mədəni-kütləvi tədbirlərin keçirilməsini vacib hesab edir. Lakin bu işin təhsil müəssisələrində fəaliyyət göstərən valideyn komitələrinin təşkilatçılığı ilə tədris prosesinə xələl gəlmədən aparılması daha məqsədəuyğundur”.

Nazirlikdən əlavə ediblər ki, müvafiq müraciət olduğu təqdirdə mövcud qanunvericiliyin tələblərinə riayət edilməklə məsələ müzakirə oluna bilər.


Teqlər:  





Xəbər lenti