Tramp Suriyadakı döyüşlərə görə Obamanı günahlandırır

Tramp Suriyadakı döyüşlərə görə Obamanı günahlandırır
  09 Dekabr 2017    Oxunub:2652
Barak Obamanın yürütdüyü siyasət Rusiya və İranın Suriyaya daxil olması ilə nəticələnib.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Doland Tramp Floridada mitinq zamanı bildirib.
“Mən vəzifəyə gələndə, dünyada xeyli problemlər mənə miras qaldı. Amerika uzun illər ərzində zəiflik nümayiş etdirib və “qırmızı xətlər”dən o tərəfə keçdi. Əgər biz “qırmızı xətti” keçsəydik, onda Rusiya və İran Suriyaya daxil olmazdı. Lakin Obama dedi: Belə etmək lazım deyil, heç vaxt "qırmızı xətti" keçməyin. Onlar bu xətti keçdilər, lakin o heç nə etmədi. Rusiya və İran Suriyaya daxil oldu”, - deyə Tramp Obamanı tənqid edib.

ABŞ prezidenti vurğulayıb ki, Suriyanın hökumət qüvvələri müxalif qruplaşmalara qarşı kimyəvi silah tətbiq edəndə, ABŞ raket zərbələri ilə cavab verib: “Bizim 59 raketimiz var idi, onlar kimyəvi silah tətbiq etdilər. Biz onlara dedik: “Siz bunu edə bilmərsiniz” və biz 1126 kilometr aralıda olan gəmilərdən atəş açdıq. 59 hədəfi dəqiq vurduq”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Tramp   Obama   ABŞ   Suriya  





Xəbər lenti