Türkmənistanda dörd nazir işdən çıxarıldı

Türkmənistanda dörd nazir işdən çıxarıldı
  09 Dekabr 2017    Oxunub:3715
Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov dörd naziri işdən çıxarıb.

AzVision.az Türkmənistan Dövlət televiziyasına istinadən xəbər verir ki, bu barədə prezident ötən gün Nazirlər Kabinetinin iclası zamanı qərar verib.
İşlərində verdikləri ciddi nöqsanlara görə, sənaye naziri Amanberdi Tuyliev, əmək və əhalinin müdafiəsi naziri Sayitməmməd Akməmmədov, dəmiryolu nəqliyyat naziri Dəryaqulu Byaşimov və su və kənd təsərrüfat naziri Nursahed Sapardurduyev vəzifəsindən azad edilib.

Prezidentin digər qərarı ilə sənaye naziri postuna daha əvvəl “Türkmənstandartları” dövlət idarəsinin sədri işləmiş Kerim Durdımuradov gətirilib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Türkmənistan  





Xəbər lenti