Trampa qarşı etirazlar davam edir - Mindən çox insan yaralanıb

Trampa qarşı etirazlar davam edir - Mindən çox insan yaralanıb
  09 Dekabr 2017    Oxunub:1706
İordan çayının qərb sahilində, Qəzza sektorunda və Qüdsdə etiraz aksiyaları zamanı mindən artıq insan yaralanıb.
Xarici KİV-lərin yaydığı xəbərə görə, bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb.

Fələstinin Qızıl Aypara cəmiyyəti xəsarət alanlardan 60-a yaxınının odlu silahdan açılan atəş nəticəsində yaralandığını bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın Qüdsün İsrailin paytaxtı kimi tanınması və Amerika səfirliyinin bu şəhərə köçürülməsi barədə qərarı ilə əlaqədar fələstinlilər etiraz aksiyalarına başlayıb. Etirazlar sonradan İsrailin güc strukturları ilə toqquşmalara səbəb olub.

Etirazçılara odlu silahdan atəş açdıqlarını etiraf edən İsrail hərbçilərinin sözlərinə görə İordan çayının qərb sahillərində və Qəzza sektoru ilə sərhəd boyu iğtişaşlarda 7 min nəfərdən artıq insan iştirak edib.

AzVision.az


Teqlər: Fələstin   Qüds   Tramp  





Xəbər lenti