Ərəb kral Trampla bağlı KİV-ə qadağa qoydu

Ərəb kral Trampla bağlı KİV-ə qadağa qoydu
  09 Dekabr 2017    Oxunub:2046
Səudiyyə Ərəbistanının rəhbərliyi ölkə KİV-lərinə ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması ilə bağlı xəbərləri dərc etməmək barədə tapşırıq verib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı aparıcı telekanal, radio, qəzet və xəbər agentliklərinə rəsmi şəkildə xəbərdarlıq edilib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Qüdsü rəsmən İsrailin paytaxtı kimi tanıyıb və bu ölkədəki Amerika səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi haqda qərar verib. Trampın qərarı dünyada etirazla qarşılanıb. Bir neçə gündür ki, Qüds uğrunda etiraz aksiyaları keçirilir.

Trampın qərarına etiraz olaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İstanbulda zirvə toplantısı keçiriləcək.

AzVision.az


Teqlər: Tramp   KİV  





Xəbər lenti