İranlı heyət Azərbaycana gəlib
İran parlamentin nümayəndələrinin Azərbaycan Milli Məclisində iki ölkənin parlamentlərarası dostluq qrupunun üzvləri və Yeni Azərbaycan Partiyasının sədr müavini ilə də görüşü nəzərdə tutulub. Qonaqlar eyni zamanda Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə ilə görüş keçirəcək, Bakı şəhərinin tarixi və mədəni abidələri ilə də tanış olacaq.
Görüşlər zamanı ikitərəfli, regional və beynəlxalq məsələlər üzrə parlamentlərarası əlaqələrinin inkişaf etdirilməsi yolları haqqında fikir mübadiləsi aparılacaq. Tərəflər həmçinin iki ölkənin parlamentlərarası dostluq qrupları arasında əməkdaşlığın inkişaf etdirilməsi yollarının axtarılması üçün səy göstərəcək.
İran nümayəndə heyətinin Azərbaycana səfəri sentyabrın 25-də sona çatacaq. Onlar Azərbaycandan Gürcüstana gedəcək.