Ərdoğan Makronla Qüdsü müzakirə edib

Ərdoğan Makronla Qüdsü müzakirə edib
  10 Dekabr 2017    Oxunub:1558
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makronla telefon əlaqəsi saxlayıb.
AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, dövlət rəhbərləri rəsmi Vaşinqtonun ABŞ səfirliyini Qüdsə köçürmək və şəhəri İsrailin paytaxtı kimi tanımaq qərarını müzakirə ediblər.

Ərdoğan Makronla danışıq zamanı Qüdsün tarixi statusunun qorunmasının bəşəriyyətin öhdəliyi olduğunu vurğulayıb. Tərəflər, həmçinin ABŞ-ı öz qərarını dəyişdirməyə inandırmaq üçün birgə səylər göstərmək barədə razılığa gəliblər.

AzVision.az


Teqlər: Türkiyə   Ərdoğan   Fransa   Makron  





Xəbər lenti