Fələstin lideri Penslə görüşdən imtina edib

Fələstin lideri Penslə görüşdən imtina edib
  10 Dekabr 2017    Oxunub:2029
Fələstin prezidenti Mahmud Abbas ABŞ-ın vitse-prezidenti Mayk Penslə görüşməkdən imtina edib.
Türkiyə KİV-lərinin məlumatına görə, bu barədə Fələstin XİN-in rəhbəri Riyad Əl-Maliki bildirib.

“Biz, iki dövlətin nəticə əldə etməsinə kömək edə biləcək yeni vasitəçini ərəb qardaşlarımızın və beynəlxalq ictimaiyyətin arasında axtarmaq niyyətindəyik”, - deyə Əl-Maliki bildirib.

Qeyd edək ki, Fələstin Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasından sonra ABŞ-la danışıqlardan imtina edub.

AzVision.az


Teqlər: Fələstin   Mahmud-Abbas   ABŞ  





Xəbər lenti