Putin Ankarada Ərdoğanla Qarabağı müzakirə edəcək?

Putin Ankarada Ərdoğanla Qarabağı müzakirə edəcək?
  10 Dekabr 2017    Oxunub:4860
Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfər proqramı məlum olub.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, rusiya lideri 11 dekabr tarixində Ankaraya səfər edəcək. Səfər bir günlük nəzərdə tutulub.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvətilə baş tutan səfər zamanı prezidentlər iki ölkə arasındakı münasibətlər, ABŞ prezidentinin Qüdslə bağlı qalmaqallı qərarı, eləcə də Suriyadakı hazırki durumla bağlı məsələləri müzakirə edəcəklər.

Görüş zamanı Dağlıq Qarabağ probleminin müzakirə edilib-edilməyəcəyi haqda məlumat verilməyib. Danışıqların daha çox Qüds məsələsi ətrafında aparılacağı bildirilir.

AzVision.az


Teqlər: Rusiya   Putin   Türkiyə   Ərdoğan  





Xəbər lenti