Saakaşvilinin xanımı etiraz aksiyalarına başladı

Saakaşvilinin xanımı etiraz aksiyalarına başladı
  10 Dekabr 2017    Oxunub:1795
Gürcüstanın və Odessanın sabiq rəhbəri Mixail Saakaşvilin tərəfdarları yenidən etiraz aksiyalarına başlayır.
AzVision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, etirazçılar Ukrayna prezidentinin impiçmenti barədə qanunun qəbulu üçün yürüşün keçirilməsi məqsədi ilə Kiyevin mərkəzinə toplaşırlar.

Yürüşün Azadlıq meydanında başa çatacağını, meydanda etiraz aksiyalarının isə davam edəcəyi bildirilib. Aksiyalarda Saakaşvilinin xanımı da iştirak edəcək.

Hazırda tərəfdarları Saakaşvilinin azadlığa buraxılmasına dair şüarlar səsləndirirlər.



AzVision.az


Teqlər: Kiyev   Saakaşvili   Etiraz  





Xəbər lenti