Məşhur futbolçu vergidən yayınıb

Məşhur futbolçu vergidən yayınıb
  10 Dekabr 2017    Oxunub:1911
İspaniyanın “Real Madrid” klubunun məşhur braziliyalı futbolçusu Marselonun vergidən yayındığı məlum olub.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Marselo məhkəmədə vergidən yayındığını etiraf edib və 500 min avro məbləğində kompensasiya ödəməyə hazır olduğunu deyib.

Qeyd edilib ki, futbolçu, iki il ərzində (2011-ci ildən 2013-cü ilədək) vergidən yayınmaq məqsədilə əldə etdiyi gəlirləri gizlədib.

AzVision.az


Teqlər: Real   Vergi   Marselo  





Xəbər lenti