Sülh üzrə Nobel mükafatı təqdim edildi

Sülh üzrə Nobel mükafatı təqdim edildi
  11 Dekabr 2017    Oxunub:2741
Norveçin Oslo şəhərində Sülh üzrə Nobel mükafatının təntənəli təqdimetmə mərasimi keçirilib.
2017-cı il Nobel Sülh Mükafatı “Nüvə silahlarını ləğv etmək üçün beynəlxalq kampaniya” (İCAN) təşkilatına təqdim olunub.

İCAN təşkilatının icraçı direktoru Beatrice Fihn Norveç Nobel Komitəsinə təşkilatın işini tanıdığına və dəstək olduğuna görə minnətdarlığını bildirib.

Qeyd edək ki, ICAN təşkilatı 2007-ci ildə təsis edilib, dünyanın 100-dən çox ölkəsində 468 ictimai təşkilatı birləşdirir.

AzVision.az


Teqlər: Nobel  





Xəbər lenti