230 kq ərzaq məhv edilib

230 kq ərzaq məhv edilib
  24 Sentyabr 2013    Oxunub:1102
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında keçirilən növbəti monitorinqlər zamanı keyfiyyətsiz ərzaq malları aşkar edilib.

Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Bakının Nərimanov, Binəqədi rayonlarında, Sumqayıt, Quba, Bərdə, Xaçmaz şəhərlərində, Tovuz, Füzuli rayonlarında aparılan yoxlamalar zamanı 230 kq-a yaxın saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.


Teqlər:





Xəbər lenti