Şimali Koreyaya qarşı yeni sanksiyalar

Şimali Koreyaya qarşı yeni sanksiyalar
  11 Dekabr 2017    Oxunub:1357
Cənubi Koreya hökuməti Koreya Xalq Demokratik Respublikasına qarşı yeni sanksiyalar qəbul edib.
Xarici KİV-in yaydığı məlumata görə, dekabrın 11-dən qüvvəyə minəcək sanksiyalar KXDR-in 20 şirkətinin və 12 vəzifəli şəxsinin “qara siyahı”ya salınması ilə bağlıdır. Bunlar əsasən Şimali Koreyanın bankları və logistika şirkətləri, onların xarici ölkələrdəki nümayəndələri, KXDR xüsusi xidmət orqanlarının xaricdəki əsas fiqurlarıdır.

Cənubi Koreya rəsmiləri hesab edir ki, sanksiyalar adları “qara siyahı”da olan qurum və şəxslərlə biznes əməliyyatları aparmaq istəyənlərə xəbərdarlıq olmaqla, onları seçim qarşısında qoyacaq və bununla KXDR-ə xaricdən qeyri-qanuni maliyyə vəsaiti daxil olmasının qarşısını almağa kömək edəcək.

AzVision.az


Teqlər: Şimali-Koreya   Sanksiya  





Xəbər lenti