Səfirimiz seçkilərdən danışdı
Səfir Misirin üzləşdiyi hazırkı problemlərin öhdəsindən gələcəyinə və Misiri parçalamaq istəyən qüvvələrin istəklərinin puç olacağına tam əmin olduğunu vurğulayıb.
O, Misirin hazırkı vəziyyətini Sovet İttifaqı dağılandan və erməni təcavüzü başlanandan sonra ölkəmizdə yaranmış vəziyyətlə müqayisə edərək, Azərbaycanın çətin dövrlərini xatırladaraq həmin problemləri arxada qoyduğunu, artıq ölkəmizin iqtisadiyyatının həcminin 65 milyard dolları, valyuta ehtiyatlarının isə 48 milyard dolları keçdiyini bildirib.
Azərbaycanın enerji təhlükəsizliyi sahəsində mühüm rol oynadığını söyləyən səfir ölkəmizin qeyri-neft sektorunda da dinamik inkişafın olduğunu xüsusilə qeyd edib. Həmçinin, Ş.Abullayev 9 oktyabr 2013-cü il tarixində Azərbaycanda keçiriləcək prezident seçkiləri haqqında ətraflı məlumat verib və indiyədək hazırkı Prezident İlham Əliyev daxil olmaqla müxtəlif siyasi partiyaları təmsil edən 10-dan artıq namizədlərin olduğunu bildirib.