Putin hərbi bazada Əsədlə təkbətək görüşdü

Putin hərbi bazada Əsədlə təkbətək görüşdü
  11 Dekabr 2017    Oxunub:4171
Bu gün səhər saatlarında Suriyaya səfər edən Rusiya prezidenti Vladimir Putin Xmeymim hərbi bazasında suriyalı həmkarı Bəşər Əsədlə təkbətək görüş keçirib.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Əsəd görüş zamanı terrorizmlə mübarizədə effektiv iştirakına görə, Putinə təşəkkür edib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin gözlənilmədən Suriyaya səfər edib. Putin Suriyanın Xmeymim bölgəsində yerləşən Rusiya hərbi hava qüvvələrinin bazasına baş çəkib.

Qeyd edək ki, bu gün Rusiya prezidentinin Türkiyəyə səfəri gözlənilir. Onun Ankaradan öncə Suriyaya gedəcəyi gözlənilmirdi.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Putin  





Xəbər lenti