ÇL-nın püşkü atıldı - "Real"-"PSJ"yə, "Çelsi" "Barsa"ya qarşı

ÇL-nın püşkü atıldı - "Real"-"PSJ"yə, "Çelsi" "Barsa"ya qarşı
  11 Dekabr 2017    Oxunub:6805
Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.
AzVision.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində bütün rəqiblər bəlli olub.

1/8 finalda qrup qalibləri bu mərhələyə ikinci yerlə adlayan komandalara rəqib olublar. Bu mərhələdə aşağıdakı komandalar qarşılaşacaqlar:

Çempionlar Liqası

1/8 final


“Yuventus” (İtaliya) - “Tottenhem” (İngiltərə)

“Bazel” (İsveçrə) - “Mançester Siti” (İngiltərə)

“Porto” (Portuqaliya) - “Liverpul” (İngiltərə)

“Sevilya” (İspaniya) - “Mançester Yunayted” (İngiltərə)

“Real” (İspaniya) - PSJ (Fransa)

“Çelsi” (İngiltərə) - “Barselona” (İspaniya)

“Şaxtyor” (Ukrayna) - “Roma” (İtaliya)

“Bavariya” (Almaniya) - “Beşiktaş” (Türkiyə)

AzVision.az


Teqlər: Liqa   Püşkatma  





Xəbər lenti