Yeni universitet təsis olundu
Sərəncamda vurğulayır ki, bu universitet “Ölkənin sosial-iqtisadi inkişafında və gündəlik həyatın müxtəlif sahələrində yeni texnologiyaların tətbiq dairəsinin sürətlə genişləndiyini nəzərə alaraq, informasiya cəmiyyəti quruculuğu istiqaməti üzrə yüksək hazırlığa malik kadr potensialının formalaşdırılmasını təmin etmək məqsədi ilə təsis edilir.
Sərəncamda Nazirlər Kabinetinə tapşırılır ki, iki ay müddətində İnformasiya Texnologiyaları Universitetinin Nizamnaməsinin layihəsini hazırlayıb Prezidentə təqdim etsin.
Sərəncamdan irəli gələn digər məsələlərin həll edilməsi Təhsil Nazirliyi və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə tapşırılıb. Hər iki nazirliyə İnformasiya Texnologiyaları Universitetində 2013–2014-cü tədris ilindən etibarən təhsil prosesinə başlanılmasını təmin edilməsi həvalə olunub. Universitetin bina və lazımi avadanlıqla təmin edilməsi də nəzərdə tutulub.
Maliyyə məsələsinə gəlincə, İnformasiya Texnologiyaları Universitetinin fəaliyyətinin maliyyələşdirilməsi 2013-cü il üçün dövlət büdcəsindən və növbəti illər üçün dövlət büdcəsi layihələrində vəsaitin ayrılmasını nəzərdə tutulacaq.
Teqlər: