Putinlə Ərdoğanın görüşü başa çatdı - Yenilənib (FOTOLAR)

Putinlə Ərdoğanın görüşü başa çatdı - Yenilənib (FOTOLAR)
  12 Dekabr 2017    Oxunub:3920
Türkiyə və Rusiya prezidentləri arasında Ankarada keçirilən təkbətək görüş başa çatıb.

AzVision.az-ın məlumatına görə, Rusiya prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında görüş 1 saata yaxın davam edib.
Hələlik görüşün detalları açıqlanmayıb.

***
(21:00)

Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında təkbətək görüş başlayıb.

AzVision.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Prezidentlərin görüşündə iki ölkə arasında əlaqələrlə yanaşı, başda Qüds məsələsi olmaqla, Suriyadakı mövcud vəziyyətin, habelə regional və beynəlxalq məsələlərin müzakirəsi gözlənilir.

Dövlət başçıları təkbətək görüşdən sonra birgə mətbuat konfransı keçirəcəklər.

***
(20:08)



Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri başlayıb.

AzVision.az "haberturk" saytına istinadən xəbər verir ki, Rusiya prezidenti Misir səfərini başa vuraraq Ankaraya gəlib.

Səfər zamanı Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla təkbətək görüş keçirəcək. Daha sonra nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparılacaq.





AzVision.az


Teqlər: Rusiya   Putin   Türkiyə   Ərdoğan  





Xəbər lenti