Saakaşvili azadlığa buraxıldı

Saakaşvili azadlığa buraxıldı
  12 Dekabr 2017    Oxunub:2572
Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş rəhbəri Mixail Saakaşvili sərbəst buraxılıb.

AzVision.az TASS-a istinadən xəbər verir ki, Kiyevin Peçerski rayon məhkəməsi sabiq prezidentin ev dustaqlığına məhkum edilməsi ilə bağlı vəsatəti təmin etməyib.
Saakaşvili Ali Rada deputatlarının zaminliyi ilə məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, dekabrın 8-də Kiyevdə saxlanılan Saakaşvili cinayətkar təşkilatların üzvləri ilə işbirliyi və onların cinayət əməllərinin gizlədilməsi maddələri ilə ittiham olunurdu.

AzVision.az


Teqlər: Saakaşvili   Ukrayna   Kiyev  





Xəbər lenti