“Qüds məsələsində Putinlə mövqeyimiz eynidir” - Ərdoğan (VİDEO)
Ərdoğan Rusiyanın Qüds məsələsində Türkiyə ilə oxşar mövqedə olduğunu vurğulayıb.
"Türkiyə-Rusiya əlaqələri hər gün daha da inkişaf edir. Biz telefon danışıqları və görüşlər zamanı ölkələrimiz üçün əhəmiyyətli olan məsələləri müzakirə edirik. Bugünkü görüşdə Qüds mövzusunu müzakirə etdik. Putinlə mövqeyimiz oxşardır" - Ərdoğan deyib.
Rusiya prezidenti isə vurğulayıb ki, ABŞ-ın qərarı bölgədəki vəziyyəti daha da gərginləşdirəcək.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinlə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında Ankarada bir saata yaxın təkbətək görüş keçirilib.
AzVision.az
Teqlər: Ərdoğan Putin Türkiyə Rusiya Qüds