"Trampın prezidentə zəng etməyə cürəti çatmadı" - Baş nazir
Baş nazir Qüdsü İsrailin paytaxtı kimi tanımasına görə ABŞ prezidenti Donald Trampı sərt tənqid edib. Bildirib ki, Tramp bu məsələ ilə bağlı Türkiyə prezidentinə zəng etməyib.
"Prezidentimizin mövqeyi bəllidir. Trampın cənab Ərdoğana zəng etməyə cürəti çatmadı. Biz günlərdir dünyanı bu məsələyə görə hərəkətə gətirməyə çalışırıq. Rusiya prezidenti Vladimir Putinin bu gün Türkiyədə olması təsadüfi deyil. Bundan əlavə İslam Əməkdaşlıq Təşkilatının toplantısı keçiriləcək. Biz sonadək mövqeyimizi qoruyacağıq"- B.Yıldırım qeyd edib.
AzVision.az
Teqlər: Türkiyə Binəli-Yıldırım Tramp Ərdoğan Qüds