Erməni əsgər minaya düşüb

Erməni əsgər minaya düşüb
  12 Dekabr 2017    Oxunub:1978
Ermənistan ordusunun əsgəri minaya düşüb.
AzVision.az "news.am"a istinadən xəbər verir ki, insident dekabrın 11-də baş verib.

Partlayış nəticəsində Ermənistan ordusunun əsgəri, 1998-ci il təvəllüdlü Artur Qariki Danielyan yaralanıb.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Arcrun Hovannisyan məlumatı təsdiqləyib. Hazırda əsgər Berd hərbi hospitalında müalicə olunur. Həkimlər onun vəziyyətini ağır sabit kimi qiymətləndirirlər.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti