İran nüvə danışıqlarına razılıq verdi

İran nüvə danışıqlarına razılıq verdi
  24 Sentyabr 2013    Oxunub:1064
İranın yeni hökuməti BMT-yə nüvə proqramı ilə bağlı yeni danışıqların aparılmasına razı olduğunu bildirib.
AzVision.az Reuters-ə istinadən xəbər verir ki, nüvə danışıqları ABŞ-ın dövlət katibi Con Kerri başda olmaqla altı güc dövlətlərinin diplomatları ilə İran arasında baş tutacaq. Danışıqların bu həftəyə planlaşdırıldığı bildirilib.

ABŞ rəsmilərinin məlumatına görə, bu həftə həmçinin ABŞ prezidenti Barak Obama ilə İran prezidenti Həsən Ruhaninin görüşü gözlənilir. Əgər baş tutarsa, bu 1979-cu ildən sonra ABŞ-la İran hökuməti arasında keçirilən ilk görüş olacaq.

Qeyd edək ki, İran ABŞ-ın düşmən olduğu Suriya prezidenti Bəşər Əsədin əsas müttəfiqidir.

AzVision.az


Teqlər:





Xəbər lenti