Rusiya Türkiyəyə 2,5 milyard dollarlıq "S-400" satacaq

Rusiya Türkiyəyə 2,5 milyard dollarlıq "S-400" satacaq
  13 Dekabr 2017    Oxunub:2109
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putinin Ankarada baş tutan görüşü zamanı “S-400” zenit-raket komplekslərinin alınması ilə bağlı son detallar müzakirə olunub.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, razılaşmaya görə ilkin olaraq Türkiyə kredit yolu ilə Rusiyadan 4 ədəd “S-400” alacaq.
Layihənin ümumi dəyəri 2,5 milyard dollar təşkil edəcək. Türkiyə bu məbləği kredit yolu ilə ödəyəcək.

Qeyd olunub ki, gələcəkdə “S-500” layihəsinin hazırlanması üçün Rusiya Türkiyə ilə birgə çalışa bilər.

AzVision.az


Teqlər: Türkiyə   Rusiya   S-400  





Xəbər lenti