Məmmədyarov Qüdslə bağlı nazirlərin toplantısında

Məmmədyarov Qüdslə bağlı nazirlərin toplantısında
  13 Dekabr 2017    Oxunub:1913
İstanbulda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin xarici işlər nazirlərinin toplantısı başlayıb.

AzVision.az-ın məlumatına görə, toplantını Türkiyənin xarci işlər naziri Mövlud Çavuşoğlu açıq elan edib.
"Bizlər Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanıyırıq. Başqa ölkələrin də bu dövləti 1967-ci il sərhədləri əsasında, Şərqi Qüdsün də paytaxt kimi tanımasını təşviq etməliyik” - deyə Çavuşoğlu bildirib.

Qeyd edək ki, tədbirə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edir.

Kənan Məmmədov
AzVision.az


Teqlər: İƏT   Qüds   Çavuşoğlu  





Xəbər lenti