Mövlud Çavuşoğlu: "Dünya ölkələri Fələstini tanımalıdır”

Mövlud Çavuşoğlu: "Dünya ölkələri Fələstini tanımalıdır”
  13 Dekabr 2017    Oxunub:2188
"Artıq bütün dünya ölkələri Fələstini tanımalıdır”
AzVision.az-ın məlumatına görə, bunu İstanbulda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin xarici işlər nazirlərinin toplantısında Türkiyənin xarci işlər naziri Mövlud Çavuşoğlu deyib.

BMT Təhlükəsizlik Şurasının daimi üzvünün, öz imzası olan qərarları pozduğunu qeyd edən Çavuşoğlu Fələstinin bütün dünya dövlətləri tərəfindən tanınmasının vacibliyini vurğulayıb: “Bunun üçün birlikdə səy göstərməliyik. Artıq bütün dünya ölkələri Fələstini tanımalıdır”.

M.Çavuşoğlu müsəlmanları ABŞ-ın bu qərarına səssiz qalmamağa çağırıb: “Biz heç bir zaman susmayacağıq. Bu zorakılıq sülh ehtimalını və birgə yaşayış zəminin yox edib. ABŞ-ın qərarı bizim üçün yox səviyyəsindədir".

Kənan Məmmədov
AzVision.az



Teqlər: Türkiyə   Qüds   Çavuşoğlu  





Xəbər lenti