Milli Şura Meriyaya müraciət edib

Milli Şura Meriyaya müraciət edib
  24 Sentyabr 2013    Oxunub:1178
Milli Şura növbəti mitinq üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib.

Bu barədə AzVision.az-a açıqlamasında Milli Şuranın Mitinq Komitəsinin rəhbəri Asəf Quliyev deyib. Onun sözlərinə görə, mitinqin keçiriləcəyi yer artıq bəllidir:`Təklif etdiyimiz ərazi yenə İnşaatçılar metrosunun yaxınlığında yerləşən “Məhsul “ stadionudur. Mitinq 16:00-dan 18:00- ə qədər davam edəcək. Mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişik. Yəqin ki 2-3 günə cavab verərlər`.

Nihadə


Teqlər:  





Xəbər lenti