İsrail Qəzzanı bombaladı

İsrail Qəzzanı bombaladı
  13 Dekabr 2017    Oxunub:1396
İsrailin mühasirəsində olan Qəzza zolağına hava hücumu olduğu bildirilib. Hüquq-mühafizə orqanlarından alınan məlumata görə, İsrail döyüş təyyarələri Qəzzanın cənubundakı Han Yunus kəndində olan dirəniş birliklərinə aid bölgəni bombalayıb.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi hücum nəticəsində tələfatın olmadığı barədə açıqlama yayıb.

İsrail ordusunun sözçüsü Avichay Adraee Qəzzadan İsrailə raket hücumunun olduğunu və buna qarşılıq olaraq da İsrail ordusunun Qəzzadakı “Hamas”-a aid bölgəni bombaladıqlarını bildirib.

Aytən Zəhra
AzVision.az


Teqlər: İsrail  





Xəbər lenti