“İsrail işğalçı və terrorçu dövlətdir” - Ərdoğan

“İsrail işğalçı və terrorçu dövlətdir” - Ərdoğan
  13 Dekabr 2017    Oxunub:4491
“İsrail işğalç, terror dövlətidir”.
AzVision.az-ın məlumatına görə, bu fikirləri İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı fövqəladə Zirvə toplantısında çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, qeyd edib ki, Tramp bu qərarı ilə terror dövləti olan İsraili mükafatlandırıb: “Bu mükafatı verən hazırda təkbaşına olsa da, Trampdır. Sülh istəyənlərin deyil, sülhü mümkünsüz hala gətirənlərin yanında yer alan ABŞ, terrorizmə qarşı mübarizənin gücləndiyi bir dövrdə bütün radikalların çörəyinə yağ sürtüb. Bu qərar hər şeydən öncə, şiddət əvəzinə sülhdən yana münasibət sərgiləyən, sülh istəyən tərəf olduğunu dəfələrlə isbat edən fələstinlilərin cəzalandırılmasıdır.

Ərdoğan nə üçün belə deyirsən? Necə deməyim? 10 yaşındakı uşaqları terrorçu əsgərlər həbs edir və onları dəmir qəfəslərə salır. 14 yaşındakı uşağı 20-yə qədər əsgər, polis gözləri bağlı şəkildə dəyənəklə döyür. Yəni, bu işğalçılıq, terroristlik deyilsə, nədir? Bunun izahı varmı? İnsan olan, vicdanı olan hər kəsin bundan dərs çıxarması lazımdır. 20-yə yaxın əsgər 14 yaşlı uşağı al-qan edib. Bunu isbat etmək üçün ey Tramp sənə daha nə deyim? Hər şey ortadadır.

Uzun sözə ehtiyac yoxdur. Bu qədim şəhərin küçələrində bir neçə dəqiqə gəzmək kifayətdir ki, Qüdsün işğal altında olduğunu anlayasan. Ona görə işğal altında olan bir şəhərlə bağlı belə qərarın verilməsinin heç bir hökmü ola bilməz. ABŞ-ın veto hüquqna sahib olduğu BMT Təhlükəsizlik Şurasının 1980-ci ildə 478 saylı qətnaməsinə görə, heç bir ölkə Qüdsdə səfirlik aça bilməz. ABŞ bu hüquqsuz qərarı ilə İsrailə dəstək verib. Bu qərarı qəbul etməyən bütün dövlətlərə təşəkkür edirik".

"Mən etdim deməklə heç nə olmur. ABŞ belə bir qərar qəbul edə bilər. Amma, dünya sadəcə sizdən ibarət deyil. BMT-nin 196 üzvü var. Mən 196 ölkənin buna reaksiya verəcəyinə inanıram. Siz Amerika olaraq güclü ola bilərsiniz, silahlarınız ola bilər, nüvə başlıqlarına malik ola bilərsiniz. Lakin bunlar sizin güclü olduğunu ifadə etmir. Siz əgər haqlısınızsa, güclüsünüz, bu məsələdə haqlı deyilsiniz", - Ərdoğan qeyd edib.

R.T.Ərdoğan qeyd edib ki, ABŞ-ın qərarı beynəlxalq hüququn pozulması ilə yanaşı, islam mədəniyyətinə də zərbədir.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Türkiyə   Ərdoğan   Qüds  





Xəbər lenti