Dmitri Kramarenko millimizdə

Dmitri Kramarenko millimizdə
  13 Dekabr 2017    Oxunub:1584
Azərbaycan milli komandasının qapıçılar üzrə məşqçisi müəyyənləşib.

AzVision.az AFFA-nın saytına istinadən xəbər verir ki, bu vəzifə Dmitri Kramarenkoya həvalə olunub.

Həmçinin D.Kramarenkoya bütün yaş qruplarından ibarət yığma komandaların qapıçılar üzrə məşqçilərin kordinatoru vəzifəsi tapşırılıb.

Qeyd edək ki, “Qəbələ” və “Neftçi”də çalışmış millimizin sabiq qapıçısı son olaraq Moskva MOİK-nin akademiyasında fəaliyyət göstərib.

AzVision.az


Teqlər:





Xəbər lenti