“Türkiyə ilə imzalanmış protokollar ləğv ediləcək” - Ermənistan XİN

“Türkiyə ilə imzalanmış protokollar ləğv ediləcək” - Ermənistan XİN
  13 Dekabr 2017    Oxunub:1558
"Ermənistan Türkiyə ilə imzalanan normallaşma protokolunu ləğv edəcək"
AzVision.az "News.am"-a istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan deyib.

"2018-ci ilin baharını Ermənistan-Türkiyə protokolları olmadan qarşılayacağıq. Ermənistan prezidenti sentyabrda BMT Baş Assambleyasının tribunasından bildirdi ki, protokolları ləğv edəcək, çünki onların həyata keçirilməsində tərəqqi yoxdur".

Qeyd edək ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasına dair protokol 2009-cu ilin oktyabrında Sürxdə imzalanıb. Sənəd hər iki ölkənin parlamentində təsdiqləndikdən sonra qüvvəyə minəcəkdi.

AzVision.az


Teqlər: Ermənistan   Nalbandyan  





Xəbər lenti