Ölkəmizin şimal bölgəsinə ilk qar yağıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Quba Regional Hidrometeorologiya İdarəsindən verilən məlumata görə, 3 min metrdən yuxarı dağlıq ərazilərə qar düşüb. Bundan başqa, son günlər bölgədə fasilələrlə güclü yağış da müşahidə edilir. Ən çox yağıntı Qubanın Təngəaltı kəndinə yağıb. Çaylarda suyun səviyyəsi də artıb.