Putinin sözçüsü Ərdoğanın çıxışını dəstəkləmədi

Putinin sözçüsü Ərdoğanın çıxışını dəstəkləmədi
  13 Dekabr 2017    Oxunub:5173
Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın "İsrail terror dövlətidir" deyə açıqlamasına münasibət bildirib.
AzVision.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Peskov Ərdoğanın çıxışından xəbərdar olduqlarını, amma Türkiyə prezidentin mövqeyi ilə razılaşmadıqlarını deyib.

"Ərdoğanın mövqeyini bilirik. Mövcud şəraitdə bu, Rusiyanın mövqeyi ilə üst-üstə düşmür"- deyə Peskov vurğulayıb.

AzVision.az


Teqlər: Rusiya   Peskov  





Xəbər lenti