İrana qarşı sanksiyalara son

İrana qarşı sanksiyalara son
  03 Mart 2013    Oxunub:1433
Düşmənlər ötən il iddia edirdilər ki, sanksiyalar ziyan verəcək, ancaq onlar bəyan etdilər ki, sanksiyalar elə də çox effektiv deyildilər-İran XİN.
İrana qarşı tətbiq olunmuş sanksiyalar bu gündən tədricən aradan qaldırılacaq. Bu barədə İRNA xəbər agentliyi İranın xarici işlər naziri Əli Ələkbər Salehiyə istinadən məlumat verir.

Salehinin sözlərinə görə, lazımı siyasət nəticəsində sansiyala tədricən aradan götürəcək. Düşmənlər ötən il iddia edirdilər ki, sanksiyalar ziyan verəcək, ancaq onlar bəyan etdilər ki, sanksiyalar elə də çox effektiv deyildilər, Salehi deyib.

İran və "altılıq" ölkələrinin (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin, Almaniya) nümayəndələri keçən həftə Almatıda nüvə proqramı üzrə danışıqlar keçirib. Hər iki tərəf danşıqların pozitiv məcrada keçdiyi bəyan edib.

Qeyd edək ki, 2012-ci ildə "altılıq" nümayəndələri və Tehran üç raund (İstanbul, Bağdad və Moskvada) görüş keçiriblər.


Teqlər:  





Xəbər lenti