Rusiyada “Quran-i Kərim” qadağan olundu

Rusiyada “Quran-i Kərim” qadağan olundu
  24 Sentyabr 2013    Oxunub:1588
Rusiyanın cənubunda yerləşən Novorosisk şəhər məhkəməsi Quran-i Kərimin rus dilinə tərcümə olunmuş variantını qadağan edib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müsəlman liderlər adı çəkilən qərarın səs-küyə səbəb ola biləcəyini deyib.

Məhkəmə adı çəkilən qərarı “Quran-i Kərim”in radikallığı təbliğ etməsi, insanları şiddət və nifrətə təhriki ilə izah edib. Qərarın əsasında isə 2002-ci ildə radikallığa qarşı tətbiq edilən xüsusi qanun dayanır.

Rusiya müftilər Şurası isə bu qərarla bağlı ölkə başçısı Vladimir Putinə məktub yazıb. Məktubda qeyd olunur ki, bu qərar səs-küyə səbəb olacağından ləğv olunmalıdır.

Rus Ortodoks kilsəsi də məhkəmənin bu qərarını müsbət qarşılamayıb.

Fatimə


Teqlər:





Xəbər lenti